22 oktyabr - "Beynəlxalq Məktəb Kitabxanaları Günü"nü qeyd etdik
22.10.2021-ci il tarixində 22 oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibəti ilə Baki şəhəri 28N-li tam orta məktəbdə şagirdlərlə birlikdə tədbir keçirildi.Tədbirdə məktəb kitabxanalarının əhəmiyyətindən bəhs olundu. Şagirdlər oxuduqları əsərlərin qısa məzmununu bir-biriləri ilə bölüşüb,müzakirə apardılar.
Məktəb Kitabxanaları Günü münasibəti ilə təşkil olunmuş tədbirimizdə Nizami Gəncəvinin ,,Sirlər Xəzinəsi" əsəri təhlil olundu və ,,Nizami yaradicılığı" mövzusunda fikirlər səsləndirildi. Dünya şöhrətli şairin gənclər üçün nəsihətamiz mövzulu əsərlərindən həmin mövzularin bu günümüzdə də öz aktuallıgını qoruyub-saxlamasından danışıldı. C.Məmmədquluzadənin ,,Poçt qutusu"əsərinin mövzusu təhlil olundu və təhsilin, mütaliənin insanlara olan faydaları müzakirə olundu.