Fənn olimpiadasının məktəb turu
30.11.2021- ci il tarixində 28 nömrəli tam orta məktəbin 8,9,10,11–ci sinif şagirdlərinin iştirakı ilə Fənlərarası olimpiadanın məktəb turu keçirildi. Məktəb üzrə 70 nəfər şagird bu mərhələdə iştirak etdilər. Nəticələrə əsasən 23 nəfər müxtəlif fənlərdən yüksək nəticə göstərərək rayon turuna vəsiqə qazandı. Fənn olimpiadasının keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Şagirdlərimizə növbəti mərhələdə uğurlar arzulayırıq.