Bilik günü

22 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə ənənəvi formada yeni tədris ilinin ilk günü qeyd olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Daha sonra II Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirəsi bir dəqiqiəlik sükutla yad edildi. Məktəbin direktoru Q.Əmircanova şagird və müəllimləri xüsusilə birinci sinif şagirdlərini təbrik etdi, onlara  uğurlar arzuladı. 

İlk dərs günündə həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1-ci sinif müəllimləri üçün göndərdiyi Resurs dəsti ara məsafəsi və maskadan istifadə edilməklə bir neçə valideynin müşayəti ilə müəllimlərə təqdim olundu. Resurs dəstinin 4 il müddətinə istifadə olunacağı, onlardan istifadə qaydası haqqında məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi