Pedoqoji Şuranın iclası
20.09.2021-ci il tarixində 28 nömrəli tam orta məktəbdə pandemiya şəraitinə uyğun olaraq Pedoqoji şuranın yeni dərs ilində ilk iclası keçirildi. Pedoqoji şuraiclası pandemiya şəraitinə uyğun olmaqla ibtidai və yuxarı sinif müəllimləri ilə müxtəlif vaxtlarda təşkil olundu.
İclasda ilk öncə vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra məktəbin direktoru Q.Əmircanova çıxış edərək 2021-2022-ci ildə qarşıda duran vəzifələr haqda müəllimlərə məlumat verdi. O, BŞTİ-nin müdiri M. Vəliyevanın Azərtaca verdiyi müsahibəsini də müəllimlərin nəzərinə çatdırdı. BŞTİ-nın müdiri M. Vəliyevanın müsahibəsində 2021-2022-ci tədris ilinin əsas prioritetlərinin nədən ibarət olduğunu vurğulayaraq bu ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər"ə dair sərəncamını müəllimlərin nəzərinə çatdırdı. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G. Soltanova çıxış edərək 2021-2022-ci tədris ilində metodbirləşmə işinin yenidən təşkili, müəllim portfoliosu, təlim keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını müəllimlərin nəzərinə çatdırdı. Məktəbin ilk buraxılış sinfinin sinif rəhbəri F.İsmayılova sinfin nailiyyətləri haqqında hesabat xarakterli slayd nümayiş etdirdi. Sonda mətəbin direktoruhər bir müəllimə yeni tədris ilində uğurlar arzuladı.