Şagirdlərimizin uğuru
Sabunçu rayonu "Kiçik Akademiya"larının Azərbaycan dili və Ədəbiyyat, İnformatika kafedraları üzrə təşkil olunan "Nizami Gəncəvi irsinin STEAM fənninə inteqrasiyası" adlı müsabiqəsinin nəticələri bəlli olmuşdur.
Müsabiqə ərzində şagirdlər fərdi , komanda olaraq "Nizami inciləri ", "Yeddi gözəl", "Nizami məqbərəsi", "Nizami muzeyi", "Nizaminin qəzəlləri ", "Nizami yaradıcılığı", "Fitnə", "İsgəndərnamə əsərindən fraqment", "Nuşirəvanla bayquşların söhbəti", "Söz dünyasının günəşi" adlı mövzulara toxunaraq Tinkercadda işlər təqdim etmişlər.
Müsabiqə ərzində işlər qiymətləndirilərək I, II, III yerlərə və Fərqlənmələrə layiq görülmüşdür. 28 nömrəli tam orta məktəbin 6B sinif şagirdləri Həsənova Xədicə və Nəsirli Yunis I yer, 6F sinif şagirdləri Məmmədli̇ İmran və Kərimli Rəvan II yerə layiq görülmüşdür.
Müsabiqədə qalib olan, fərqlənən , iştirak edən məktəbləri, şagirdləri təbrik edir, onlara uğurlar arzulayırıq !