"Erkən evliliyə və qohum nigahlarına yox deyək"!
02.03.2021-ci il tarixində məktəbimizin Biologiya müəllimi Ş.Zeynalovanın sinif təşkilatçılığı, yuxarı sinif şagirdlərinin iştirakı ilə "Erkən evliliyə və qohum nigahlara yox deyək" adlı maarifləndirici online seminar təşkil olundu. Seminarda məktəbin direktoru Q.Əmircanova, UBT rəhbəri N.Abbasxanova, məktəbin müəllimi U.Həmzəyeva iştirak etdi. Ş.Zeynalova çıxış edərək "erkən nigahın" qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verdi. Daha sonra şagirdlərin mövzuya uyğun hazırladıqları erkən evliliyin uşağa göstərdiyi psixoloji travma, erkən nigahların səbəbləri və fəsadları, "Hemofiliya xəstəliyi", "Talassemiya xəstəliyi və onun Azərbaycanda yayılma səbəbləri haqqında video təqdimatlar nümayiş olundu və bu təqdimatlar əsasında müzakirələr aparıldı. UBT rəhbəri N.Abbasxanova çıxışında Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslərin uşaq hesab olunduğunu qeyd etdi. Və belə olan halda uşaqların nigaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Daha sonra şagirdləri maraqlandıran, düşündürən suallar cavablandırıldı. Məktəbin direktoru Q.Əmircanova çıxış edərək şagirdlərimizə öz tövsiyyələrini verdi və belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı. Sonda ölkəmizdə ciddi şəkildə qanunları əsas tutaraq, vətəndaş məsuliyyətini və maarifçilik tədbirlərini artırmaqla bu problemləri həll etmək, problemin miqyasını əhəmiyyətli dərəcədə kiçiltməyin mümkünlüyü qeyd olundu.