Risk qrupuna daxil olan şagirdlərlərin valideynləri ilə online görüş

12.02.2021-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə risk qrupuna daxil olan şagirdlərlərin valideynləriylə online görüş təşkil olundu. Məktəb rəhbərliyinin təşkilatçılığı ilə baş tutmuş görüşdə məqsəd valideyn və risk qrupuna daxil olan övlad münasibətində baş verən çətinliklərin aradan qaldırılmasıdır. Görüşdə iştirak edən məktəbin direktoru Q.Əmircanova, tərbiyə işləri üzrə direktor müavini X.Oruclu, UBT rəhbəri N.Abbasxanova ailə dəyərləri, ailənin övlad həyatında rolu, ailədə qarşılıqlı məhəbbətin, inam və etibarın önəmini vurğuladılar. Xüsusilə yeniyətmə dövründə uşaqlarda meydana çıxan problemlərin aradan qaldırılmasında valideynlərin rolunun əvəzsiz olduğu bildirildi. Valideynlər də öz növbəsində təşəkkür edərək bildirdilər ki, belə maarifləndirici görüşlərin olması təqdirə layiqdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi