MƏİŞƏT ZORAKILIĞINA SON VƏ GENDER BƏRABƏRLİYİ

11.02.2021-ci il Bakı şəhəri 28 nömrəli tam orta məktəbin biologiya müəllimi İ.Əhmədovanın təşkilatçılığı VII-VIII sinif şagirdlərinin iştirakı ilə "Məişət zorakılığına son" və "Gender bərabərliyi" adlı online tədbir keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Soltanova, X.Aslanova, tərbiyə işləri üzrə direktor müavini X.Oruclu, UBT rəhbəri N.Abbasxanova, biologiya müəllimi Ş.Zeynalova, Azərbaycan dili və ədəbiyyat müəllimi A.Kazımova iştirak etdi. İ.Əhmədova çıxış edərək gender bərabərliyi, məişət zorakılıqları haqqında məlumat verdi. O qeyd etdi ki, gender bərabərliyi-insan hüquqlarına yüksək ehtiram ifadəsidir. Daha sonra o, məişət zorakılığı haqqında çıxış edərək bildirdi ki, son zamanlarda zorakılıq halları kəskin sürətdə artmışdır. 

Şagirdlər mövzuya uyğun olaraq hazırladıqları məlumatları, slaydları, rəsmləri tədbir iştirakçılarına təqdim etdilər. Daha sonra tədbir iştirakçıları məişət zorakılığını əks etdirən səhnəciyə tamaşa etdilər. 

Sonda tədbirdə iştirak edən müəllim və şagirdlər məişət zorakılığına son qoymaq, gender bərabərliyi uğrunda mübarizə aparmaq üçün birlikdə əməkdaşlıq etməyimiz nəticəsinə gəldilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi