XÜSUSİ RİSK QRUPUNA DAXİL OLAN ŞAGİRDLƏRLƏ İŞLƏYƏN MÜƏLLİMLƏRİN İCLASI

01.02.2020-ci il tarixində 28 nömrəli məktəbin müəllim kollektivi ilə risk qrupuna daxil olan şagirdlərlə davranış qaydaları mövzusunda maarifləndirmə xarakterli onlayn görüş təşkil olundu. Bu görüş Teams proqramı üzərindən həyata keçirildi. Görüşdə çətin tərbiyə olunan, risk qrupuna aid uşaqlarla düzgün davranış qaydaları ilə bağlı mövzular geniş təhlil olundu. Məktəb direktoru Qənirə Əmircanova gənc müəllimlərə bu cür uşaqlarla həssas davranmağı, onların problemlərinə qayğı ilə yanaşmağı tövsiyə etdi. Daha sonra direktor müavinləri Gülsən Soltanova, Xəyalə Oruclu bu mövzu ətrafında fikirlərini bölüşdülər. Müəllimlərin qarşısında müxtəlif seminarların təşkil olunması, hər bir şagirdə fərdi yanaşılması ilə problemlərin həlli məsələsi, müəllim-valideyn münasibətlərinin düzgün qurulması kimi öhdəliklər qoyuldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi