20 Yanvar faciəsinin otuz birinci ildönümü

19.01.2021-ci il tarixində Azərbaycan Respublikası nazirinin '20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı' nın təstiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli , F-05/01 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri 28 nömrəli tam orta məktəbin həm ibtidai, həm də yuxarı sinif müəllimlərinin təşkilatçılığı  və şagirdlərinin iştirakı ilə online seminar keçirildi. Seminarda məktəbin tərbiyə işləri üzrə direktor müavini Xəyalə Oruclu və UBT rəhbəri Abbasxanova Nərmin də iştirak etdi. Firuzə müəllim şagirdlərə 20 Yanvar faciəsinin tarixi haqqında məlumat verdi. Qeyd etdi ki, 20 Yanvar faciəsi yalnlz faciə deyil, həm də xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. Şagirdlər də öz növbəsində 20 Yanvar faciəsinə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, hazırladıqları video-çarxları nümayiş etdirdilər. Və bir şagird onu qeyd etdi ki, bir Azərbaycan vətəndaşı olaraq Vətənimizin azadlığı uğrunda şəhid olanları heç vaxt unutmayacaq və unutdurmayacaqlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi