MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏ

“Microsoft Teams” platformasında 26 avqust  2020-ci il tarixdən etibarən müxtəlif fənlər üzrə illik qiymətləri ilə razılaşmayan, “2” (qeyri-kafi) alan, V-VIII və X sinif şagirdlərinin və ya digər səbəbdən biliyi qiymətlənməyən şagirdlərin təlimata uyğun olaraq ərizələri əsasında onlayn qiymətləndirilməsi aparılır. Məktəbdaxili qiymətləndirmə şagirdlər üçün əvvəlcədən tərtib edilmiş cədvəl əsasında “Microsoft Teams” platforması üzərindən şəxsi səhifədə yerləşdirilən keçid (link) vasitəsilə onlayn formada BŞTİ-nin 21.08.2020-ci il tarixli 2458-01/06 №li əmrinə əsasən təşkil olunur. Məktəbdaxili qiymətləndirmə 31.08.2020-ci il tarixədək davam edəcək. Bu işdə məktəbin direktoru Qənirə Əmircanova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülsən Soltanova, tərbiyə işləri üzrə direktor müavini Xəyalə Oruclu, kimya müəllimi Xəyalə İsmayılova, ingilis dili müəllimləri Sevda Ağayeva, Aytac Hüseynli, təsviri incəsənət müəllimi Həmzəyeva Ulduzə ilk dəfə onlayn formada təşkil olunan məktəbdaxili qiymətləndirmədə operativliyin təmin olunmasında yaxından iştirak etdilər. Bütün iştirakçılara uğurlar arzu edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi