Xocalını unutmayaq

25.02.2020-ci il tarixində 28 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Təhsil nazirinin 13.02.2020-ci il tarixli, F-91 nömrəli əmrinə əsasən məktəbin UBT rəhbəri N.Abbasxanova, müəllimləri G.Səmədova, L.Qasımova və A.Məmmədovanın təşkilatçılığı ilə hazırlanmış “Xocalını unutmayaq” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Müdafiə Nazirliyinin Həzi Asalanov adına Ordu İdeoloji və Mədəniyyət mərkəzinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşı, N saylı hərbi hissənin komandiri Emil Məmişov, “Əsgərə məktub” layihəsi əməkdaşlarının təşəbbüsü ilə “Azərbaycan Ordusu” qəzetinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Şagirdlərin ifasında hazırlanmış səhnəcik və kompozisiyalar, vətənpərvərlik ruhunda musiqi və şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda şagirdlərimizin əsgərlərimizə,əsgərlərimizin şagirdlərə yazdığı məktublar öz ünvanlarına göndərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi