Ana dilim- doğma dilim

    20.02.2020 - ci il tarixində 28 nömrəli tam orta məktəbdə Azərbaycan dili aylığı çərçivəsində  " Beynəlxalq ana dili günü"nə həsr olunmuş " Ana dilim-doğma dilim" adlı tədbir keçirildi.Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi L.Əsgərova tərəfindən hazırlanmışdır.Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə " Azərbaycan dili və ədəbiyyatının tədrisi " jurnalının baş redaktoru  Vaqif Alkərimov , Maştağa Mədəniyyət Mərkəzinin direktoru Tofiq Dadaşov, Maştağa Mədəniyyət Mərkəzinin işçisi Riyad Kərimov," Muğam" müsabiqəsinin iştirakçısı, xanəndə Seyran Əliyev, Tofiq Rzayev , Elmir Salahov,  Savalan bələdiyyəsinin sədri Mikayıl Məmmədov,  məktəbin müəllim və şagird kollektivi iştirak etdi.Məktəbin direktoru Q.Əmircanova tədbirdə çıxış edərək Beynəlxalq Ana dili  gününün tarixindən, dilin hər bir millətin maddi ve mənəvi irsini qoruyan,  inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğundan söhbət açdı.O qeyd etdi ki, hər bir insan öz ana dilini yaxşı bilməli, onu qorumalıdır.Şagirdlərin ifasında hazırlanmış şeir, mahnı və səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi