Pedoqoji şuranın növbəti iclası
31.01.2020-ci il tarixində 28 nömrəli tam orta məktəbdə 1 -ci yarımili əhatə edən pedaqoji şura keçirildi. Pedaqoji şurada 1-ci yarımil ərzində keçirilmiş monitorinq nəticələri müzakirə edilərək riyaziyyat, ingilis dili və Azərbaycan dili müəllimlərinə lazımi göstərişlər verildi.Birinci yarımil üzrə böyük summativ qiymətləndirmənin nəticələri ilə bağlı məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Gülsən Soltanova məlumat verdi.Sonda məktəb rəhbərliyi tərəfindən 2 -ci yarımil ərzində görüləcək işlərlə bağlı lazımi göstərişlər müəllimlərin nəzərinə çatdırıldı.
Pedaqoji şurada məktəb müəllimlərinin hamsının iştirakı təmin olunmuşdu.