20 Yanvar- Qan yaddaşımız!
16.01.2020-ci il tarixində 28 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Təhsil Nazirinin məktəblərə ünvanladığı 29.12.2019-cu il tarixli F-771 nömrəli əmrlə "20 Yanvar faciəsinin otuzuncu il dönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən “20 Yanvar – Qan yaddaşımız” adlı tədbir keçirildi. Tədbirdə Milli Hüquq evinin rəhbəri Nicat Gözəlov, Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaq , məktəb rəhbərliyi, məktəbin şagird və müəllim kollektivi iştirak etdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Q. Əmircanova çıxış edərək 20 Yanvar faciəsinin tarixindən, xalqımızın azadlığı və suverenliyi uğrunda atdığı ilk addımlardan söhbət açdı. O, qeyd etdi ki, 30 il əvvəl baş vermiş 20 Yanvar faciəsi təkcə faciə deyil, milli birlik və vətənpərvərliyin simvoludur. Tədbirdə iştirak edən N.Gözəlov və Ə. Qonaq da öz növbələrində çıxış edərək faciə haqqında fikirlərinin tədbir iştirakçıları ilə bölüşdülər. Şagirdlərin hazırladığı müxtəlif şeir və kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.