Rəsm müsabiqəsi

15.01.2020-ci il tarixində 28 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Təhsil Nazirinin məktəblərə ünvanladığı 29.12.2019-cu il tarixli F-771 nömrəli əmrlə "20 Yanvar faciəsinin otuzuncu il dönümü ilə bağlı  Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən rəsm müsabiqəsi keçirildi. Rəsm müsabiqəsi ilə  yanaşı siniflərin 20 Yanvar müsabiqəsi mövzusunda  hazırladıqları divar qəzetlərinə də baxış keçirildi. Müsabiqədə şagirdlərin 20 Yanvar faciəsi haqqında olan fikirləri əks olunmuşdu. Çəkilən rəsm və divar qəzetlərində şagirdlər 20 Yanvar faciəsini matəm günü olmaqla bərabər Azərbaycan xalqının tarixinə yazılmış qəhrəmanlıq salnaməsi kimi də təsvir etmişlər. Fərqlənən siniflər  1A sinfi, 1C sinfi, 2E sinfi, 5C sinfi, 5F sinfi, 7D sinfi, 8C sinfi, 8D sinfi oldu. Məktəb rəhbərliyi fərqlənən sinifləri və müsabiqə qaliblərini diplomla təltif etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi