IX siniflərdə növbəti diaqnostik imtahan
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 14 dekabr tarixində ümumtəhsil məktəblərinin IX siniflərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə növbəti diaqnostik imtahan keçirilmişdir. Diaqnostik imtahanda 99 şagird iştirak etmişdir. İmtahanın müddəti 210 dəqiqə olmuşdur. İmtahan bitdikdən sonra cavab kartları təyin olunmuş nəzarətçilər tərəfindən yığılaraq imtahan rəhbərinə təhvil verilmişdir.