VALIDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ

11 dekabr 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə "Valideynin məktəbdə bir günü" adlı tədbir keçirildi. Tədbirdə 28 nömrəli tam orta məktəbin valideynləri iştirak etdilər. Valideynlər müxtəlif fənlərdən ibarət dərslərdə iştirak etdi. Bununla yanaşı, onlar akt zalında şagirdlərin ifasında maraqlı tədbirə tamaça etdilər. Tədbir ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuşdur. Məktəbin tarix və Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin təşkilatçılığı ilə hazırlanan tədbirdə VI-VIII sinif şagirdləri müxtəlif Ulu Öndərə həsr olunmuş şeir və mahnılar səsləndirdilər!

Valideynlər çıxış edərək tədbir iştirakçılarına müəllimlərə öz minnətdarlığını bildirdilər. Tədbirin sonunda məktəbin direktoru Qənirə Əmircanova tədbir iştirakçılarına minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi