SƏN ELƏ BİR ZİRVƏSƏN!

    11 dekabr 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə Ümummilli  lider Heydər Əliyevi  anım gününə həsr olunmuş " Sən elə bir zirvəsən!" adlı  tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açıldı. Ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır. Ulu öndər  Heydər Əliyevin Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirdiyini,  Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirdiyi vurğulandı.  Şagirdlər tərəfindən Ulu Öndərin həyatı, xalqımızın, dövlətçiliymizin  tarixindəki əvəzsiz rolu haqqında maraqlı məlumatlar, video materiallar təqdim olundu. Məktəblilərin ifasında Ümummilli liderə həsr olunmuş şeir, mahnı nömrələri,  Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi