Nailiyyətlərimiz

“Yol hərəkəti qaydaları və mən”Bakı şəhər Dövlət Yol Polisi idarəsinin təşəbbüsü ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən intellektual bilik yarışı “Yol hərəkəti qaydaları və mən” mövzusunda idi. Sinif rəhbəri K. Məftunə müəllimin rəhbərliyi ilə 4 “A” sinif şagirdləri Q. Mehri, B. Rəsul, Ş. Murad, Ş. Elmira, Ə. Nəzrin həmin yarışda iştirak edərək növbəti uğura imza atdılar. Belə ki, onlar 2-ci yerə layiq görülüb diplom və kubokla mükafatlandırıldılar.

Esse müsabiqəsiQərbi Kaspi Universitetinin təşkil etdiyi ingilis dilində esse müsabiqəsində məktəbimizin 10 “D” sinif şagirdləri Bağırova Mina və Sadıqov Elvin də iştirak etdi. Onlar verilmiş mövzular əsasında yazdıqları esseləri dərsi xüsusi həvəslə tədris edən məktəbin ingilis dili müəllimi Ş. Bilqeys müəllimə təqdim etdilər.

Yaradıcılıq sərgisiBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisində bizim məktəbimiz də öz layiqli yerini aldı. Texnologiya müəllimi H. Zemfira müəllim bir qrup şagird heyəti ilə sərgidə iştirak etmiş, şagirdlərimizin hazırladıqları müxtəlif əl işlərini nümayiş etdirmək üçün təqdim etmişdir.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Şaiq Ələkbərov Samir

Çingiz Aslanov Fərhad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi