Nailiyyətlərimiz

"Istedadlı Şagirdimiz"Mən Əliyeva Zərrin Tahir qızı 8 avqust 2001-ci ildə Bakı şəhərində anadan olmuşam. Hal- hazırda 279 saylı orta məktəbdə təhsil alıram. 2008-ci ildə 36 saylı musiqi məktəbinə daxil olmuş, 2011-ci ildə isə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinə keçmiş və Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyevanın sinfində skripka ixtisası üzrə təhsilimi davam etdirməyə başlamışam. Musiqi məktəbində təhsil aldığım illər ərzində bir çox nəaliyyətlərim oub. Beynəlxalq və Respublika müsabiqələrində, festivallarında iştirak etmiş, laureat adı qazanmışam. Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıyla “Qızıl kitab”a yazılıb və xüsusi aylıq təqaüdə layiq görülmüşəm. İştirak etdiyi müsabiqələr və festivallar : 1.Belçikada keçirilən VI beynəlxalq ,,Bravo,, müsabiqəsində II yer. II dərəcəli diplom (2013) 2.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ümumtəhsil , orta ixtisas təhsilli müəssisələrinin şagird və tələbələri arasında gənc ifacıların II Respublika müsabiqəsi,II yer. II Dərəcəli diplom (2013) 3.Moskva ,,Yeni Adlar,, fondunun təqaüdçüsü, fondun prezidenti D.L.Maçuev tərəfindən (2014) 4.N.Paqanininin anadan olmasının 230 illiyinə həsr olunmuş festivalın laureatı (2012) 5.Ü.Hacıbəyli adına IV,V,VI beynəlxalq festivalların iştirakçısı (2012,2013,2014) 6.Beynəlxalq Rastrapoviç festivalının iştirakçısı (2012) 7.,,Gül bayramı,, münasibəti ilə təşkil edilmiş tədbirlərdə əməkdar incəsənət xadimi F.Kərimovun dirijorluğu altında Bakı şəhər UMİM şagirdlərinin birləşmiş kamera orkestrində fəal iştirakına görə BŞİH başçısı H. Abutalıbovun imzası ilə ,,Fərqlənmə diplomu,, ilə dəyərləndirilmişdi. (2012) 8.,,İstedadlı uşaqlar festivalı-2014,, qazandığı uğurlara görə diplom. Ailə Qadın Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri H.Hüseynova tərəfindən. 9.,,Uşaqların Müdafiəsi günü”-nə həsr olunmuş tədbirdə uğurlu çıxışına görə ,,Fəxri Fərman,, (2014) Bəstəklarlar ittifaqının sədri xalq artisti professor F.Əlizadə tərəfindən. 10.Çexiyanın Praqa şəhərində keçirilən Praqa Yay Akademiyasının iştirakçısı,uğurlu çıxışa görə diplom. Həmin akademiyanın professoru Roman Fedçhukdan dərs almışdı 11.Moskvada keçirilən ,,Musiqi nəsilləri,, III beynəlxalq uşaq musiqi festivalının iştirakçısı və diplomla mükafatlandırıldı. M.E.Şvidko tərəfindən(2015) 12.Rusiyanın Samara şəhərində Y.Başmetin rəhbərliyi ilə uşaq musiqi akademiyasında keçirilən ustad dərslərinin,konsertlərin iştirakçısı- Diplom.Professor Tatyana Samueldən dərs almışdı.(2015) 13.IV Beynəlxalq ,,Harmoniya,,festivalının laureatı- Diplom (2015)(Azərbaycan-Gürcüstan) Dirijor və xalq artisti R.Abdullayevin,F.Kərimovun və T.Göyçayevin rəhbərliyi ilə keçirilən bir çox konsertlərin iştirakçısı.(solo çıxış) Dövlət tədbirlərində,bir çox bəstəkarların və yazıçıların yaradıcılıq gecəsində təşkil olunmuş konsertlərin iştirakçısıdı. 2011-ci ildən Xalq artisti T.Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq-Gənclər simfonik orkestrinin solistidir. Mikaladze adına Tiflis musiqi kolleci ilə Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbi arasında dostluq proqramı çərçivəsində Tiflis şəhərində keçirilən konsertdə solo,duet və trio çıxışı (2014) Kanada Musiqi Akademiyasının professoru Taras Qaboradan, professor və türk xalq musiqi sənətçisi Cihad Aşkından dərs almışdı. “Bakl Payız” beynəlxalq müsabiqəsininin qalibi. I yer – (2016) VI Beynəlxalq ”Harmoniya” festivalını – Qran Pri (2016) Belçikada keçirilən “Muzicamundi” beynalxalq musiqi fesivalı və ustad dərslərinin iştirakçısı (2016) Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıyla “Qızıl kitab”a yazılıb və xüsusi aylıq təqaüdə layiq görülüb. (2016) Türkiyə Cumhuriyyətinin Antaliya şəhərində keçirilən “Harmoniya” beynlxaq musiqi müsabiqəsi –I yer (2017) Belçikada keçirilən“Muzicamundi” beynəlxalq musiqi fesivalı və ustad dərslərinin iştirakçısı (2017) Sərdar Fərəcovun 60 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə solo iştirakçı (2017) “Gənclər mükafatı” laureatı (2018)

Bizim FəxrlərimizMəmmədova Esmira Əziz qızı 1957- ci ildə Balakən rayonunda anadan olmuşdur. 1974-1979-cu illərdə BDU- ni bitirmişdir. 1996-cı ildən Suraxanı rayonu 279 nömrəli tam orta məktəbdə işləyir. 2002-ci ildə "İlin müəllimi", 2004- cü ildə isə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, Təhsil Nazirliyi və Bakı şəhər Təhsil İdarəsinin xüsusi diplom və mükafatları ilə təltif olunmuşdur.

Bizim FəxrlərimizOfeliya Nəsib qızı Musayeva 4 Oktyabr 2010- cu ildə Cənab Prezidentin Sərəncamı ilə " Tərəqqi "medalı ilə təltif edilmişdir. 2010/2011-ci tədris ilində keçirilmiş " Ən yaxşı müəllim "müsabiqəsinin qalibi mükafatına layiq görülmüşdür. Ofeliya Musayeva 2015-cil oktyabrın 2-də Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adını almışdır. Bir neçə dərsliyin və dərs vəsaitinin həmmüəllifidir.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Əli Cəfərov

Zərrin Əliyeva Tahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi