Nailiyyətlərimiz

Rəsm sahəsindəki uğurumuzBu gün 10-cu sinif şagirdi Əfəndiyeva Aygün 9 noyabr Bayraq gününə həsr olunmuş rəsm müsabiqəsində 1-ci yer tutduğuna görə təltif olundu. Məktəbimizin direktoru A. Südabə müəllm diplomu şəxsən təqdim edərək Aygülə yaradıcılıq uğurları arzuladı.

Şən və hazırcavablar liqası9 dekabr tarixində Rəşid Behbudov adına teatrda “Şən və hazırcavablar liqası” keçirildi. Azərbaycanda ilk dəfə ana dilində keçirilən liqa Bakı şəhər məktəblərindən seçilən 8 komanda arasında oldu. Hər məktəbə 5 dəqiqəlik yer verildi. Şagirdlərimizdən – Əli, Kənan, Elçin, Günay, İbrahim, Yunus, İsa “Günəşli uşaqları” adı altında çıxış etdilər. Çıxış maraqla qarşılandı. İnanırıq ki, münsiflər heyəti tərəfindən 3-cü yerə layiq görülən bu çıxış məktəbimizin tarixi yaddaşında həmişə yaşayacaqdır.

"Mənim bayrağım" inşa müsabiqəsiNoyabrın 6-da Suraxanı rayonunun tam orta məktəb şagirdləri arasında "Mənim bayrağım" adlı inşa yazı müsabiqəsi keçirildi. Məktəbimizin 10-cu sinif şagirdi Ələkbərli Səbinə və 11-ci sinif şagirdi Şıxızadə Hülya müsabiqədə fərqləndiyi üçün Fəxri Fərmana layiq görüldü.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Həcər Hüseyn İlqar

Cəmil Muradov Cabir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi