Qədimli Leyla 1-cilik qazandı 9 "D" sinif şagirdi Qədimli Leyla növbəti uğura imza atıb. Belə ki, o, Rusiya dövlətində keçirilən "Xalqların qızılı" adlı müsabiqədə iştirak edərək 8-14 yaşlı 135 nəfərin içərisindən seçilib və 1-ci yerin sahibi olub. Münsiflər heyətinin tərkibində erməni xalqının nümayəndəsinin də olduğunu nəzərə alsaq, bu uğurun böyüklüyünün fərqinə varmış olarıq.
Direktor Südabə Abdullayeva Leylanı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qədimli Leyla Məktəbimizin xüsusi istedada malik 9 "D" sinif şagirdi Qədimli Leylanın kino, teatr sahəsindəki uğuru diqqətə və təqdirə layiqdir. Qeyd edək ki, Leyla artıq 6 ildir ki, teatr sahəsində fəaliyyət göstərir. Bu illər ərzində medallar, tərifnamələr və diplomlar qazanıb. Bunların sırasında isə ən mühüm Amberstar festifalında qazandığı Qrand Piridir. Bu festifalda qədim xalq eposu olan Dədə Qorqud əsərindən "Üç tonqal" tamaşası təqdim olunub. Leyla bu tamaşada Dədə Qorqud obrazını canlandlırıb. O, bu rola görə ən yaxşı rol, medal və diplomla mükafatlandırılıb.
Türkeşin uğuruSavadlı şagirdlərimizin qazandıqları uğurlar daim fəxr mənbəyimiz olmuşdur. Bu dəfə növbəti uğur məktəbimizin məzunu Əliyev Türkeşdən gəldi. Belə ki, o, İstanbul Üniversiteti Siyasət Elmləri fakultəsinin Beynəlxalq münasibətlər bölümünə 90 bal toplayaraq qəbul olmuşdur. Azərbaycan Təhsil sistemi ilə bu 630 bal hesab olunur. Oxuduğu illər ərzində Türkeş dəfələrlə müxtəlif müsabiqələrdə məktəbi layiqincə təmsil etmişdir.