Nailiyyətlərimiz

Kenquru olimpiadasıKenquru Beynəlxalq Məntiq olimpiadasında məktəbimizin 6 "D" sinif şagirdləri də iştirak etmiş və yüksək bal toplamışlar. Qeyd edək ki, serifikatla təltif edilmiş həmin şagirdlər məktəb rəhbərliyi tərəfindən də xüsusi diqqətə layiq görülmüşdürlər .

Kitab təqdimatıMəktəbimizin əməkdaşı Abbasova Xəyalə müəllimin (Xəyalə Sevil) “Soldan birinci küçə” adlı kitabının təqdimat mərasimi keçirildi. Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən təqdimat mərasimi M.F. Axundov adına Milli Kitabxanada baş tutdu. Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açdı. Daha sonra Əkbər Qoşalı, Fərqanə Mehdiyeva, Nazim Əhmədli, Emil Rasimoğlu, İntiqam Yaşar, Xanım Aydın, Tural Turan, kitabın məsləhətçisi 279 nömrəli məktəbin direktoru Abdullayeva Südabə və başqa qonaqlar çıxış edərək Xəyalə Sevilin yaradıcılığına xoş sözlər ünvanladılar. Xatırladaq ki, Xəyalə Sevil Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident fondunun təqaüdçüsüdür. “Soldan birinci küçə” müəllifin çap olunmuş sayca 5-ci kitabıdır.

Mikroorqanizmlər uşaqların gözü ilə “Mikroorqanizmlər uşaqların gözü ilə” mövzusunda təşkil olunmuş müsabiqədə məktəbimizin şagirdləri də iştirak etdilər. 6 “E” sinif şagirdi Həsənova Milana,  Məhərrəmli Aylin  və  A. Anya, 10 “D” sinif şagirdi Əfəndiyeva Aygün, 10 “B” sinif şagirdi Babazadə Əsmər, 5 “A” sinif şagirdi Nağıyeva Aysun müsabiqədə iştirak edərək göstərdikləri fəallığa görə sertifikatla təltif olundular.  9 “D” sinif şagirdi  Hüseynli Fatimənin isə hazırladığı əl işi fərqlənərək 3-cü yerin sahibi oldu. Məktəbimizdə kimya-biologiya dərsini tədris edən Rəcəbova Təranə və texnologiya dərsini tədris edən H. Zemfira müəllimin rəhbərliyi ilə hazırlanan əl işləri müsabiqə iştirakçıları tərəfindən maraqla qarşılandı.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Qəndab Məmmədova Şaiq

Murad Məmmədli Eldar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi