Azərbaycan-mənim tacım, taxtım oyAzərbaycan Respublikası Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin xətt i ilə keçirilən 28 May-Respublika Gününə həsr olunmuş” Azərbaycan-mənim tacım, taxtım oy “…adlı şeir müsabiqəsində məktəbimizin 8-ci sinif şagirdi Həsənov Vüsal II yer tutduğuna görə diplomla təltif olunmuşdur. O, bu müsabiqədə M.Arazın Ayağa dur , Azərbaycan ! şeirini səsləndirdi . Vüsalın obrazlı ifasında seçilmiş şeirin məzmununa uyğun jest və mimikalardan ,səs tonundan məqsədyönlü istifadə etməsi, nitqinin aydınlığı münsiflər heyətinin diqqətini cəlb etdi.
Şahmat uğurumuz.28 May “Respublika Günü”nə həsr olunmuş rayon tam orta məktəblərinin şagirdlərindən ibarət komandalar arasında şahmat üzrə rayon birinciliyində məktəbimizin idman müəllimi Ə Vasif və şagirdlərimiz iştirak etdilər.Bu yarışda III və IVsiniflərdən olan B. Emil, Q. Zahid, K. Mirsadiq, Y. Həsən, A. Aynur ,C. Nuray II yer tutduqlarına görə diplomla təltif olundular. Suraxanı Şahmat Məktəbinin direktoru R. Rüstəmov və Suraxanı Rayon Gənclər vəİdman İdarəsinin rəisi A. Bağırov bütün yarış iştirakçılarına uğurlar arzuladılar
Şahmat uğurumuz.Ümummilli lider H. Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş şahmat üzrə təsnifat turnirində təltif olunan şagirdimiz Abdullayeva Aynurdur. 4 “D” sinif şagirdi olan Aynur 9 oyundan 7 xal qazanaraq 1-ci yerin sahibi olmuş, 4-cü dərəcəni qazanmışdır. Qeyd edək ki, Aynurun müəllimi məktəbimizdəki şahmat dərnəyinin rəhbəri Sevinc xanımdır.