Olimpiadanın 2-ci turuna vəsiqə qazanmış şagirdlərRespublika Fənn Olimpiadalarının növbəti turunda məktəbimizin şagirdlərindən ibarət bir qrup şagird iştirak edəcək. Şagirdlərdən 11 “A” sinif şagirdi Cəfərov İlkin coğrafiya fənni üzrə, 11 “B” sinif şagirdi Yusufova Günay Azərbaycan dili fənni üzrə, 10 “C” sinif şagirdi Abdiyev Kənan Azərbaycan dili fənni üzrə, 10 “B” sinif şagirdi Əzizova İlhamiyyə coğrafiya fənni üzrə məktəbimizi təmsil edəcəklər. Şagirdlərimizə uğurlar arzulayırıq.
Şahmat uğurumuz.Şahmat sahəsində qazandığımız növbəti uğur kollektivimizin sevincinə səbəb oldu. Belə ki, 3 “B” sinif şagirdi Camalzadə Nuray Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş Respublika Şahmat Festivalının zona yarışında 3-cü siniflər arasında fərqlənərək birinci yer tutduğuna görə təltif edilib. Şəhər birinciliyinə vəsiqə qazanan Nuraya daha böyük uğurlar arzularyırıq.
Rəsm müsabiqəsində uğurumuzMəktəbimizin şagirdi Əliəkbərov Nicat öz uğuru ilə öz müəllimlərinin sevincinə səbəb oldu. Nicat “20 Yanvar Əbədi Qan Yaddaşımız” müsbiqəsində fəal iştirakına görə təltif edildi.