Şeir müasbiqəsinin qalibiSuraxanı rayon Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinın təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “DAHİ” adlı Suraxanı rayonu tam orta məktəblərinin şagirdləri arasında keçirilmiş onlayn şeir müsabiqəsində Kərimli Nəzrin I yeri tutduğuna görə təltif olunur.
Onlayn bilik yarışıSuraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 may Respublika gününə həsr olunmuş onlayn bilik yarışı keçirilmişdir və məktəbimizin şagirdləri Abbaszadə Zaur və Abbaszadə Yaşar I yerə layiq görülmüşdür.
RFO respublika mərhələsinin yarımfinal turu2020-2021-ci tədris ilinin RFO respublika mərhələsinin yarımfinal turunun nəticələri elan edildi. Fizika fənni üzrə aşağı yaş qrupunda 9 “A” sinif şagirdi Məmmədova Qəndab yüksək nəticə əldə edərək, finala vəsiqə qazanmışdır.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü Qrant müsabiqənin qalibi olmuş fizika üzrə Olimpiya mərkəzimiz öz işini uğurla davam etdirir. Təməli direktor Südabə Abdullayeva tərəfindən qoyulmuş Olimpiya mərkəzinin istedadlı, savadlı, zəhmətkeş şagirdləri müasir texnologiyanın yaratdığı imkanlardan istifadə edərək öz fəaliyyətlərini YouTube ə kanalı üzərindən davam etdirirlər. Onlar öyrəndikləri yenilikləri, maraqlı informasiyaları artıq 200 nəfərdən çox izləyicisi olan kanal vasitəsilə öz fizikasevər dostları ilə bölüşürlər. Şagird parlamentinin fəal üzvlərindən olan bu şagirdlər həm də hamilik vəzifəsini yerinə yetirərək 6-7-ci sinif şagirdlərinin fizika elminə daha da dərindən yiyələnmələri üçün yardımçı olurlar. Qeyd edək ki, kanalın tənzimləyicisi 9 "A" sinif şagirdi Qəndab Məmmədovadır.