Nailiyyətlərimiz

Həsənbalanın uğuru   Rzayev Həsənbala növbəti dəfə uğura imza atıb. Belə ki, o, bu dəfə Bakı şəhər birinciliyini əldə edib. Qeyd edək ki, Həsənbala 2017-2018-ci illərdə 3 qat Zaqafqaziya çempionu olub. 2019-cu ildə isə qaydasız döyüş üzrə qara kəmərə layiq görülüb.

Qədimli Leyla 1-cilik qazandı   9 "D" sinif şagirdi Qədimli Leyla növbəti uğura imza atıb. Belə ki, o, Rusiya dövlətində keçirilən "Xalqların qızılı" adlı müsabiqədə iştirak edərək 8-14 yaşlı 135 nəfərin içərisindən seçilib və 1-ci yerin sahibi olub. Münsiflər heyətinin tərkibində erməni xalqının nümayəndəsinin də olduğunu nəzərə alsaq, bu uğurun böyüklüyünün fərqinə varmış olarıq.     Direktor Südabə Abdullayeva Leylanı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qədimli Leyla   Məktəbimizin xüsusi istedada malik 9 "D" sinif şagirdi Qədimli Leylanın kino, teatr sahəsindəki uğuru diqqətə və təqdirə layiqdir. Qeyd edək ki, Leyla artıq 6 ildir ki, teatr sahəsində fəaliyyət göstərir. Bu illər ərzində medallar, tərifnamələr və diplomlar qazanıb. Bunların sırasında isə ən mühüm Amberstar festifalında qazandığı Qrand Piridir. Bu festifalda qədim xalq eposu olan Dədə Qorqud əsərindən "Üç tonqal" tamaşası təqdim olunub. Leyla bu tamaşada Dədə Qorqud obrazını canlandlırıb. O, bu rola görə ən yaxşı rol, medal və diplomla mükafatlandırılıb.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Şaiq Ələkbərov Vaqif

Həcər Hüseyn İlqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi