Qəndabın uğuruAzərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna vəsiqə qazanan 10 "A" sinif şagirdi Məmmədova Qəndab növbəti uğura imza atdı. 300 məktəblidən biri olmaq şərəfinə layiq görüldü. Qəndabın bu naliyyətində böyük rolu olan müəllimlərin əməyi təqdirəlayiqdir.
“Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə qalibiBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə-konfransın qalibləri mükafatlandırılıb. Məktəbimizdə tarix dərsini tədris edən Nərmin müəllim də həmin müsabiqə-konfransda iştirak edərək sərtifikatla təltif olunub.
Lütfi Zadə adına Məktəblilərin III Məntiq OlimpiadasındaAzərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərin III Məntiq Olimpiadasında fəal iştirakına görə Abbaszadə Zaur Arzuman oğlu Sertifikatla təltif olunmuşdur.