video çarx müsabiqəsiYeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatı , Suraxanı rayon Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinın təşkilatçılığı ilə keçirilən “Şəhidim” adlı video çarx müsabiqəsində Abbaszadə Zaur Fərqləndiyinə görə təltif olunmuşdur
Fənn olimpiadalarının final mərhələsi 2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri açıqlanıb. Olduqca sevindirci haldır ki, olimpiada nəticələrinə əsasən məktəbin 9 “A” sinif şagirdi Məmmədova Qəndab fizika fənni üzrə gümüş medal qazanıb. Qeyd etmək lazımdır ki, M. Qəndabın bu cür yüksək səviyyədə yetişməsində direktor Südabə Abdullayeva və fizika müəllimi Namiq Süleymanovun başlıca rolu olmuşdur. Bütün dərslərində yüksək nəticə göstərə bilən Qəndab bir çox sahədə öz potensialı ilə seçilən şagirddir. Belə ki, o, youtube kanalın tənzimləyicisi olaraq da diqqət mərkəzindədir. Öyrəndiyi yenilikləri, dəyərli məlumatları öz həmyaşıdarı ilə bölüşən Qəndab fizikasevər dostlarına gözəl istiqamət verməyi bacarır.
Aysunun uğuru Suraxanı rayon Heydər Əliyev mərkəzi və Suraxanı rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqa bağışlanan ömür" mövzusunda Suraxanı rayon tam orta məktəblərinin 15-17 yaş qrupu üzrə şagirdləri arasında keçirilən şeir müsabiqəsində uğur qazanan şagirdimiz təltif olundu. Belə ki, 8-ci sinif şagirdi Nağıyeva Aysu təqdim etdiyi şeirin bədiilik səviyyəsi və qiraətçilik bacarığı sayəsində 1-ci yerə layiq görüldü.