Nailiyyətlərimiz

Sabahın alimləri“Sabahın alimləri”  VIII Respublika müsabiqəsinə start verildi. Məktəbimizin direktoru Abdullayeva Südabə müəllimin elmi rəhbər olduğu layihənin təqdimatında  10 “C” sinif şagirdi Baxşəli Şamama Valeh qızı  iştirak edənlər sırasında idi. Belə ki, o, fizika, astronomiya nominasiyası üzrə müsabiqədə iştirak etmiş və layihə təqdim etmişdir. 

İstedadlı şagirdimizMəktəbimizin İdarə heyəti istedadlı şagirdlərə diqqət və dəstək göstərmək məqsədilə daim müxtəlif tədbirlər görür. Belə şagirdlər də öz növbələrində məktəbimizin yaradıcı işlərində  yaxından iştirak edərək öz töhfələrini verirlər. 10-cu sinif şagirdi Abdiyev Kənan da belə istedadlı şagirdlərimizdəndir. Qeyd edək ki, Kənan Turizm Nazirliyinin xətti ilə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda fəaliyyət göstərən Gənc Ədiblər məktəbinin üzvüdür. Kənanın hekayələri dövrü mətbuatda, saytlarda müntəzəm olaraq çap olunur. Həmçinin Kənan “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin son turuna vəsiqə qazanaraq rəhbərliyimizin sevincinə səbəb olmuşdur.

Gimnastımızın növbəti uğuru3 “E” sinif şagirdi Nağıyeva Xədicə idman sahəsindəki uğuruna görə diplomla təltif edildi. Belə ki, o, topla çıxışına görə “Novruz bayramı"na həsr olunmuş Bədii gimnastika üzrə Açıq Birinciliyində 1-ci yeri qazandı.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Günay Yusifova Babək

Zərrin Əliyeva Tahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi