“Mən müəllim olsaydım” adlı onlayn inşa-yazı müsabiqəsində. Suraxanı rayon Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinın təşkilatçılığı ilə keçirilən “Mən müəllim olsaydım” adlı onlayn inşa-yazı müsabiqəsində Bayramova Leyla II yer tutduğuna görə təltif olunur.
"Qarabağ müharibəsi, Zəfər bayramı" müsabiqəsiBakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmiş "Qarabağ müharibəsi, Zəfər bayramı" müsabiqəsində Bayramova Leyla iştirak etmiş və Bakı şəhəri üzrə I yerin qalibi olmuşdur.
“Kitabla danış”Təhsil Nazirliyinin dəstəyi ilə Direktorlar klubunun “Kitabla danış” adlı müzakirələri çərçivəsində növbəti təqdimatı baş tutmuşdur
10 dekabr 2021-ci il tarixdə “Harvard Bussines review” nəşrinin oxunmalı 10-luq seriyasından “Liderlik” kitabının video-konfrans formatında təqdimatı keçirilmişdir. Kitabın təqdimatını YAP Suraxanı rayon təşkilatının Ərazi partiya təşkilatının sədri və 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva həyata keçirmişdir.
Xatırladaq ki, “Kitabla danış” təqdimatlarının məqsədi məktəb direktorlarının tövsiyyə etdikləri kitabları klubun digər üzvlərinə təqdim etməsi və birlikdə müzakirələrin təşkil edilməsindən ibarətdir. Belə ki, hər dəfə bir məktəb direktoru pedaqoji və idarəetmə fəaliyyətinə xüsusi töhfə vermiş bir kitabı öz həmkarları ilə bölüşür. "Direktorlar klubu" Təhsil Nazirliyinin dəstəyi, T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və Kapital Bankın baş sponsorluğu ilə yaradılmışdır.
https://yapsuraxani.org.az/t%C9%99hsil-nazirliyinin-d%C9%99st%C9%99yi-il%C9%99-direktorlar-klubunun-kitabla-danis-adli-muezakir%C9%99l%C9%99ri-c%C9%99rciv%C9%99sind%C9%99-noevb%C9%99ti-t%C9%99qdimati-bas-tutmusdur?fbclid=IwAR0QhP_qFoTFImWb7q3o2neEPrwuX_AjGziIXwCzIIszS3vM-gNDiM8U9Q8