Nailiyyətlərimiz

Şahmat uğurumuz.Ümummilli lider H. Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş şahmat üzrə təsnifat turnirində təltif olunan şagirdimiz Abdullayeva Aynurdur. 4 “D” sinif şagirdi olan Aynur 9 oyundan 7 xal qazanaraq 1-ci yerin sahibi olmuş, 4-cü dərəcəni qazanmışdır. Qeyd edək ki, Aynurun müəllimi məktəbimizdəki şahmat dərnəyinin rəhbəri Sevinc xanımdır.

Kenquru olimpiadasıKenquru Beynəlxalq Məntiq olimpiadasında məktəbimizin 6 "D" sinif şagirdləri də iştirak etmiş və yüksək bal toplamışlar. Qeyd edək ki, serifikatla təltif edilmiş həmin şagirdlər məktəb rəhbərliyi tərəfindən də xüsusi diqqətə layiq görülmüşdürlər .

Kitab təqdimatıMəktəbimizin əməkdaşı Abbasova Xəyalə müəllimin (Xəyalə Sevil) “Soldan birinci küçə” adlı kitabının təqdimat mərasimi keçirildi. Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən təqdimat mərasimi M.F. Axundov adına Milli Kitabxanada baş tutdu. Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açdı. Daha sonra Əkbər Qoşalı, Fərqanə Mehdiyeva, Nazim Əhmədli, Emil Rasimoğlu, İntiqam Yaşar, Xanım Aydın, Tural Turan, kitabın məsləhətçisi 279 nömrəli məktəbin direktoru Abdullayeva Südabə və başqa qonaqlar çıxış edərək Xəyalə Sevilin yaradıcılığına xoş sözlər ünvanladılar. Xatırladaq ki, Xəyalə Sevil Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident fondunun təqaüdçüsüdür. “Soldan birinci küçə” müəllifin çap olunmuş sayca 5-ci kitabıdır.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Məqsəd Rzayev Məmməd

Şaiq Ələkbərov Samir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi