Karate üzrə nailiyyətMəktəbin 8D sinif şagirdi Elnur İbadov şəhidlərin əziz xatirəsinə həsr olunan karate idman növü üzrə 9-cu Arpaçay açıq turnirdə 12-13 yaş qrupunda 40 kq çəki dərəcəsində I yerə layiq görülüb və diplomla təltif edilib.
Amerika Math Olympiad ( AMO ) yarışmasında qalibiyyətMəktəbin 4A sinif şagirdi Rüzgarefe Baran əsasını riyazi və məntiqi sualların təşkil etdiyi Amerika Math Olympiad ( AMO ) yarışmasında iştirak edərək III yerə layiq görülüb və sertifikatla təltif edilib.
Şahmatda nailiyyətMəktəbin 4A sinif şagirdi Aylin Zeynallı 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan rapid turnirində fəal iştirakına görə diplomla təltif olunub.