Rəsm üzrə nailiyyətMəktəbin 4Ə sinif şagirdi Fatimə Qəniyeva Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı tərəfindən keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və 2024-cü il “Yaşıl Dünya naminə Həmrəylik İli”nə həsr olunan “Yaşıl dünya naminə həmrəylik!” mövzusunda rəsm sərgisində fəal iştirakına görə sertifikatla təltif edilib.
Uşu üzrə nailiyyətMəktəbinin rus bölməsinin 3A sinif şagirdi Şakir Fərəcov Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan uşu üzrə klublararası turnirində I yerə layiq görülüb və diplomla təltif edilib.
Cüdo üzrə nailiyyətMəktəbin 3D sinif şagirdi Əli Nəzərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Aslanov Xəyal Qüdrət oğlunun əziz xatirəsinə həsr edilən “Mətin İdman klubu”nun cüdo üzrə açıq birinciliyində 24 kq çəki dərəcəsində I yerə layiq görülüb və diplomla təltif edilib.