Beynəlxalq Kopernik Riyaziyyat olimpiadasında uğurMəktəbin 4K sinif şagirdi Yunis Ağayev “Global Olympic Center”in təşkilatçılığı əsasında təşkil olunan Beynəlxalq Kopernik Riyaziyyat olimpiadasının seçim turunda II yerə layiq görülüb və sertifikatla təltif edilib.
Cüdo üzrə nailiyyətMəktəbin 3D sinif şagirdi Zəhra Əhmədova kiçik və böyük yeniyetmə qız və oğlanlar arasında cüdo üzrə “Zəfər Peşəkar” idman klubunun açıq birinciliyində 22 kq çəki dərəcəsində II yerə layiq görülüb və diplomla təltif edilib.
“Dutch Trampoline Open – 2024” turnirində uğurBatut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open – 2024” turnirində uğurla çıxış ediblər.
Sinxron proqramda qüvvəsini sınayan məktəbin rus bölməsinin 7A sinif şagirdi Fərhad Mustafayev bürünc medal qazanıb.