Şagirdin nailiyyətiMəktəbin 11E sinif şagirdi Vaqif Hacılı "İRS" İctimai Birliyinin rəsmi üzvü seşilib və sertifikatla təltif edilib.
Qeyd edək ki, "İRS" İctimai Birliyinin əsas məqsədi ümumdünya və Azərbaycan tarixi,mədəni irsinin təbliği, ölkə daxili və xarici elmi kütləvi, mədəni-maarif, təhsil proqramlarının təşkili, tolerantlığın qorunması və multikulturalizmin ölkəmizdə daha da yayılması üçün hər bir xalqın dilinin və mədəniyyətinin öyrənilməsinə təşəbbüs göstərməkdir.
Batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatıAzərbaycan Gimnastika Federasiyası yerli yarış həyəcanına start verib. Federasiyanın bu il təşkil etdiyiyi ilk yarış batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyi olub.
Yarışda idmançılar fərdi və sinxron proqramda mübarizə aparıblar.
Məktəbin rus bölməsinin 7A sinif şagirsi Fərhad Mustafayev çempionatında çıxış edərək II yerə layiq görülüb və diplomla təltif edilib.
Şagirdin nailiyyətiMəktəbin 6D sinif şagirdi Tural Rzayev “Nömrə 1 Tədris Mərkəzi”nin təşkil etdiyi ingilis dili olimpiadasında 100 bal üzərindən 84 bal topladığı üçün təltifnamə ilə təltif edilib.