“Qədim yazı növləri” mövzusunda açıq dərs

İnsanın şəxsiyyət kimi formalaşmasında məktəbdənkənar təhsilə xüsusi əhəmiyyət verilir. Ancaq dərsdən sonrakı asudə zamanlarını səmərəli keçirmək arzusu heç də hamıda yaranmır. Bakıda Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzləri və T.İsmayılov adına Bakı Şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.

Respublika Usaq-Gənclər İnkişaf Mərkəzinin yaradılması yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin vahid idarəetmə mexanizminin qurulması, mövcud ştat vahidləri və dərs yükü çərçivəsində onların maddi-texniki baza ilə təminatının təkmilləşdirilməsi məqsədi daşıyır.

Yaradılan bu mərkəzin əməkdaşları hər il bizim məktəbdə də  müxtəlif siniflərdə şagirdlərlə məşğul olurlar, onlarla dərslər keçirirlər.

18 aprel 2019-cu il tarixində  Diyarşünaslıq mərkəzinin əməkdaşı Sevil Quliyeva 7 “C” sinfində “Qədim yazı növləri” mövzusunda açıq dərs keçirtdi. Açıq dərsdə Respublika Usaq-Gənclər İnkişaf Mərkəzinin metodist müəllimləri Alagöz Hüseynova və Fəxriyyə Mehdiyeva-Musayeva iştirak etdilər. Sevil müəllim şagirdlərə qrup şəklində müxtəlif oyun və viktorina şəklində müxtəlif tapşırıqlar, yazı növləri haqqında geniş məlumatlar verdi. Ümumilikdə dərs çox maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi