“7 Şüşə” verilişinə maraqlı səfər

Məktəbin 4D sinif şagirdləri üçün yadda qalan, fərqli və əyləncəli bir gün olub. Balaca məktəblilərimiz İctimai Televiziyada yayımlanan “7 Şüşə” intellektual-əyləncəli verilişinin qonağı olublar.

Veriliş boyu uşaqlar həm əyləniblər, həm də müxtəlif maraqlı suallara cavab verərək biliklərini nümayiş etdiriblər. Bu səfər onlarda televiziyanın iş prinsipi, çəkiliş prosesi və komanda işi haqqında canlı təsəvvür formalaşdırıb. Həm təhsil, həm də əyləncə ilə zəngin olan bu gün şagirdlərimizin yaddaşında gözəl bir xatirə kimi qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi