Qürurverici nəticə

Dövlət İmtahan Mərkəzi tərəfindən 13 iyul 2025-ci il tarixində keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələri açıqlanıb. Bu nəticələr arasında sevindirici və fəxrverici bir xəbər də E.Cəlilov adına 272 nömrəli tam orta məktəblə bağlıdır.

IV ixtisas qrupu üzrə keçirilən imtahanda ən yüksək nəticə olan 400 balı ölkə üzrə yalnız 4 abituriyent toplayıb. Bu möhtəşəm nailiyyəti qazananlardan biri də məktəbimizin bu ilki məzunu Nurməmmədli Sona Məhəmməd qızıdır.

Xatırladaq ki, Sona qəbul imtahanının birinci mərhələsində də yüksək nəticə göstərərək 300 bal toplamışdı. Bu uğur onun səylərinin, zəhmətinin və məqsədyönlü çalışmasının bariz nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi