Fərqlənmə attestatlarının təqdimat mərasimi

Məktəbdə 2024/2025-ci tədris ilində məktəbi uğurla başa vuran məzunlara tam orta təhsil haqqında dövlət sənədlərinin təqdimat mərasimi keçirilib. Mərasim zamanı qeyd olunub ki, bu il məzunlar arasında yüksək nəticələr göstərərək fərqlənən şagirdlərin sayı 16 nəfər təşkil edib. Onlar tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı almağa layiq görülüblər.
Məktəbin direktoru Anar Mustafazadə çıxış edərək, ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasının 5.1-ci bəndinə əsasən məzunlara rəsmi olaraq attestatları təqdim edib. O, məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq, onların qazandığı nailiyyətlərin məktəb kollektivinin və ailələrinin fəxarət mənbəyi olduğunu vurğulayıb.