Tədris ilinin yekunlarına həsr olunan Pedaqoji Şura iclası

Məktəbin akt zalında 2024–2025-ci tədris ilinin yekun Pedaqoji Şura iclası keçirilib. İclası məktəbin direktoru Anar Mustafazadə açaraq gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib və ötən tədris ilində görülən işləri təhlil edərək müəllim kollektivi qarşısında çıxış edib.

İclas zamanı aşağıdakı əsas məsələlər geniş müzakirə olunub:

Direktor müavinlərinin illik hesabatları;

Tədris ili ərzində sinifdə saxlanılan şagirdlərin nəticələri və bu halların səbəbləri;

9–11-ci sinif şagirdlərinə attestatların verilməsi;

10-cu siniflərə qəbul qaydaları və təmayül siniflərinin təşkili;

Yeni tədris ili üçün sinif rəhbərlərinin təyinatı;

 Korrupsiyaya qarşı mübarizə tədbirləri;

Təlim-tərbiyə prosesində üzə çıxan çətinliklər və onların həlli yolları;

Yeni tədris ilinə hazırlıq və qarşıya qoyulan vəzifələr;

Cari məsələlər.

Anar müəllim iclasda çıxış edərək tədris ili ərzində müəllimlərin göstərdiyi əzmkar fəaliyyətə görə təşəkkürünü bildirib, qarşıdakı dövr üçün prioritet istiqamətləri və hədəfləri kollektivin diqqətinə çatdırıb. O, təhsildə keyfiyyətin artırılması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün yeni yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.

Müəllimlər iclasda fəal iştirak edərək rəy və təkliflərini səsləndirib, ortaq məsləhətlərlə qarşıda duran işlərə aydınlıq gətiriblər.

İclasın yekununda tədris keyfiyyətinin daha da artırılması istiqamətində bir sıra mühüm qərarlar qəbul olunub. Eyni zamanda, yay tətili ərəfəsində bütün müəllim heyətinə dincəlmək və yeni tədris ilinə motivasiyalı şəkildə başlamaq üçün xoş istirahətlər arzu edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi