1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

    1 mart Ümumdünya Mülki Müdafiə günü ilə bağlı məktəbimizdə müxtəlif tədbirlər həyata keçirilir. Dəhlizlərdə, akt zalının divarları boyu düzülmüş plakat və bildirişlər fövqəladə hallar zamanı hansı tədbirlərin görülməsi ilə bağlı kifayət qədər məlumat verir. Fövqəladə hallar: zəlzələ, yanğın digər təbii fəlakətlər, müharibə zamanı mülki müdafiə ilə bağlı insanların bilklərə malik olması onların özləri ilə bərabər digər insanların da həyatının xilasına səbəb olur. Məktəbimizdə Fövqəladə hallarda necə hərəkət etmək lazımdır sualına hər şagird ətraflı cavab verə bilər. Məlumdur ki, bu qaydalar təkcə bir gündə öyrədilə biməz. Bu baxımdan direktor Nizami Qasımzadə  və müəllimlərimizin əməyi və tələbkarlığı təqdirə layiqdir. İnsanın yaşadıqca müxtəlif hallarla rastlaşması labüddür. Lakin bu halardan bilik və bacarığı ilə təhlükəsiz, zədə almadan çıxmaq hər birimizin qazandığımız vərdişlərdən asılıdır.  Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mayor Cavid Quliyev, baş zabit kapitan Mamed Vəlibəyov və baş zabit kapitan Rəşad Hacıyev məktəbin qonağı oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi