APREL DÖYÜŞLƏRİNİN İLDÖNÜMÜ MÜNASİBƏTLƏ ŞƏHİDLƏR ANILDI

Məktəbimizdə aprel döyüşlərinin ildönümü ilə bağlı dəyirmi masa keçirildi. İlk öncə himn səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Hərbi rəhbər Yolçuyev İmran şagirdlərə aprellin 2-də baş vermiş döyüşlərlə bağlı geniş məlumat verdi: “2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqının hərb tarixinə şanlı bir səhifə kimi daxil olmuşdur.Azərbaycan ordusu qısa müddət ərzində keçirdiyi uğurlu hərbi əməliyyatlarla düşmənə sarsıdıcı zərbə endirmiş, minlərlə hektar ərazilərimizi işğaldan azad etmiş ,strateji yüksəklikləri ələ keçirmişdir.Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Müdafiə nazirliyinin bir qrup hərbi qulluqçusu ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev inamla qeyd etdi ki, hazırda elə bir hədəf yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Bu zəfər döyüşündə biz itkilər də verdik, vətən oğullarımız şəhid oldular.Biz onların adını uca tutur və xatirələri önündə baş əyirik.”