Kitabsevər şagirdlərə hədiyyə olunan kitab təqdimatları

Məktəbdə "Mütaliə ayı" çərçivəsində müxtəlif maraqlı layihələr həyata keçirilir. Bu layihələrdən biri də məktəb rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən və kitabsevər şagirdlərə hədiyyə olunan kitab təqdimatları olub. Məqsəd – oxumağı sevən, kitabları həyatının ayrılmaz hissəsinə çevirən şagirdləri stimullaşdırmaq və onlara mənəvi dəstək vermək idi.
23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə məktəbin direktoru Anar Mustafazadə məktəbin fəal oxucuları ilə görüş keçirib. Görüş zamanı kitablar ətrafında dərin və maraqlı müzakirələr aparılıb. Şagirdlər sevdikləri müəllifləri, onları təsirləndirən əsərləri və maraq göstərdikləri ədəbi janrları bölüşüblər.