Elm Festivalı

Hər il Kaspi liseylərində şagirdlərin bacarıqlarını üzə çıxarmaq, onları daha da inkişaf etdirmək, digər şagirdlərin inkişafına dəstək göstərmək, layihələr və təcrübələrlə tanış etmək məqsədilə Elm Festivalı təşkil olunur.
Bu çərçivədə, 25 aprel 2025-ci il tarixində Kaspi Bakıxanov Liseyində növbəti Elm Festivalı keçirilib.
Festival çərçivəsində məktəbyaşlı şagirdlər müxtəlif fənlər üzrə maraqlı layihələr və praktik təcrübələrlə tanış olublar, təqdimatlardan faydalanıblar.
Bu elmi və yaradıcı mühitdə məktəbin direktoru Anar Mustafazadə, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli, UBTR-i Aybəniz Əliyeva və bir qrup şagirdlər də fəal iştirak ediblər.