Anım Günü iə əlaqədar tədbir

27 Sentyabr-Anım Günü ölkəmizin hər yerində olduğu kimi 272 nömrəli tam orta məktəbdə də dərin hüzn və kədər hissi ilə qeyd olunub. Tədbir məktəbin musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı ilə keçirilib.

İlk əvvəl Dövlət Himni səslənib və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Məktəbin müvəqqəti direktor vəzifəsini icra edən Rəhimə Hüseynova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun yazdığı şanlı Zəfər tarixindən bəhs edib. Bildirib ki, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşərək Vətən Müharibəsində tarixi Zəfəri təmin ediblər. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunub.

Daha sonra məktəbin məzunu olmuş şəhid Murad Məmmədovun yaşadığı binanın önündəki abidə ziyarət edilib. Ziyarətçilər abidənin önünə gül dəstələri düzüb, şəhidimizin xatirəsini ehtiramla yad ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi