Məktəblilərlə fövqəladə hallara dair maarifləndirici görüş

Məktəbin akt zalında  fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici görüş keçirilib.

Görüşdə məktəbin  direktor vəzifəsini müvəqqəti icra edən Rəhimə Hüseynova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli, Uşaq birliyi rəhbəri Aybəniz Əliyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Qonaq qismində isə FHN Bakı Regional Mərkəzinin Nizami rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Cavid Quliyev, həmin bənin baş məsləhətçisi Yusif Həmidli, FHN Bakı Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi Xalid Məmmədov, FHN Dövlət Yangın Nəzarəti Xidmətnin böyük inspektoru polkovnik leytenant Fərid Həsənov, FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin böyük inspektoru baş-leytenant Fərid İlhamoğlu iştirak ediblər.

Çıxış edənlər təhsil müəssisələrində su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışıblar.

Həmçinin fövqəladə hallar zamanı davranış, sudaboğulma, yanğın, dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzulara dair məlumat verilib. Şagirdlərlə fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirici söhbətlər aparılıb.

Tədbirdə sənədli film və videoçarxlar nümayiş olunub.

Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən layihənin məqsədi suda boğulma, yanğın, dəm qazından zəhərlənmə və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi