İşğal olunan ərazilərimizdə Ermənistanın ekoloji terroru və ətraf təbii mühit

Məktəbin coğrafiya müəllimi Elnarə Nəsibovanın təqdimatında və 8-ci sinif şagirdlərin iştirakı ilə  COP29 çərçivəsində “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli, müəllimlərdən Lalə Həsənova və Günay Rəhimova da iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə Elnarə müəllim çıxış edib. 30 ilə yaxın bir müddət ərzində işğal altında olan Azərbaycan torpaqlarında erməni vandalları tərəfindən həyata keçirilən ekoloji terrorun fəsadlarından söz açıb, ekoloji terrorun müxtəlif istiqamətləri barədə məlumat verib. Ekoloji terror nəticəsində ətraf mühitə dəyən ziyan, o cümlədən, flora və faunanın növlərinin məhv edilməsi, torpaqların deqradasiyası və digər fəsadların aradan qaldırılması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.

Sonra şagirdlər tərəfindən Ermənistanın Azərbaycanda törətdiyi ekoloji terrorun nəticələri və ekoloji tarazlığın pozulması haqqında təqdimatlar nümayiş etdirilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi