Şəhid Murad Məmmədovun xatirəsi anılıb

25 sentyabr 2024-cü il tarixində məktəbin müvəqqəti direktor vəzifəsini icra edən Rəhimə Hüseynova başda olmaqla bir qrup müəllim və şagird kollektivi  məktəbin məzunu olmuş 44 günlük Vətən Müharibəsində şəhid olan Məmmədov Murad Elşən oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət ediblər.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhid Murad Məmmədovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq ruhuna dualar edilib, xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Murad Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Murad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi